Azərbaycanda COVID-19-a yoluxmanın ən çox olduğu bölgə – RƏSMİ – FOTObackend

Azərbaycanda COVID-19-a yoluxmanın ən çox olduğu bölgə - RƏSMİ - FOTO

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 56,2 faizi paytaxtda yaşayır. Yoluxmaların 15,6%-i isə Abşeron rayonunun payına düşür.

Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxanların 10,3%-i Aran zonasında, 6,4%-i Gəncə-Qazax bölgəsində, 4,3%-i Lənkəran rayonunda, 2,0%-i Quba-Xaçmaz, 1,7%-i Şəki-Zaqatala, 1,6%-i Dağlıq Şirvan, 1%-i Yuxarı Qarabağda qeydə alınıb.

Koronavirusa yoluxanların 0,04%-i isə Naxçıvanda yaşayanlardır.

Qeyd edək ki, koronavirusa yoluxanların 0,7%-ni ölkə xaricindən gələnlər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*