Azərbaycanda daha 2 vəzifəli şəxs tutuldu – RÜŞVƏTbackend

Azərbaycanda daha 2 vəzifəli şəxs tutuldu - RÜŞVƏT

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin KONKRET.az-a daxil olan birgə məlumatında bildirilir ki, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Aynurə
    May 5, 2020 - 14:47

    Əlaaaa

  • Şahin
    May 5, 2020 - 14:52

    Salamlar hər kəsə.cenab prezidentimiz çox gozel eləyir ki belə millətin haqqını yeyenleri cezalandirir.bunlarin əlində olan hər şeyin alıb buraxmaq lazımdır ki,əziyyət ceksinlerki,bəlkə;o zaman anlayarlar kasıbın yetimin haqqını yemək nece olur.basa düşsünlər ki kasıb insanlar necə əziyyətlə yaşayırlar.birde mən bir seyi söyləmək istəyirəm,prezidentimizə çox çox təşəkkür edirəm ki karantin vaxtında ,sosial yardımlar eleyiler,göstəriş verdiki issizlere sosial yardım olunsun.cox xahiş edirəm ki bu barədə də ətraflı maraqlanması öz ki,niye işsiz ola ola qarantin muddetindeyse heç bir yerden gəliri olmayan insanların çoxuna yalandan sms gonderirlerki sizin maşınınız var və yaxudda etibarnameniz var,və sayt.cox maraqlıdır ki bəzi maşını evi torpağı olan insanlara bu yardım olunub.ama tək etibarnamesi olanlara yox?həmdəki işsiziyin və hətta qarantin müddətində heç evindən kənara çıxa bilməyən insanlar var ki,çıxıb hetta uşağının istədiyi qidani almağa pulu belə olmayan insanlar maşın və yaxud etibarnameni yeməlidirlər.adam var fehledir əziyyət çəkib illərdən yığıb bir köhnə 500/600manata maşın alırsa o adamın hər şeyin olduğu demək deyil.adam var babasından maşın qalıb buna oda həyətində çürüyüb gedir.eslinde deyilesi belə şeylər ,faktlar coxdu.bele şeylərə görə bu 190 manatı menimseyenleride ifşa edib cəzalandırmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*