Azərbaycanda daha bir qadağa LƏĞV EDİLDİ – Dövlət qurumu AÇIQLADIbackend

Azərbaycanda daha bir qadağa LƏĞV EDİLDİ - Dövlət qurumu AÇIQLADI

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Ukraynanın Vinnitsa vilayətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) KONKRET.az-a verilən məlumata görə, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələbləri nəzərə alınmaqla, agentlik Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana idxal olunan bütün növ diri quş və quşçuluq məhsullarının idxalına 2020-ci il aprelin 16-dan tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*