Azərbaycanda ət yeyənlər çoxalıb – İDDİAbackend

Azərbaycanda ət yeyənlər çoxalıb - İDDİA

Son dövrlərdə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspertlər Modern.az-a bildiriblər ki, bunun əsas səbəbi ət istifadəsinin çox olmasıdır:

“Heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir. İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub.

2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.

Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.

Azalma eyni zamanda donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).

Qeyd edək ki, son vaxtlar Azərbaycanda ət bahalaşmağa daam edir. Hazırda mal ətinin qiyməti 15-16 manata satılır, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

KONKRET.az

  • Səxavət
    Fevral 10, 2025 - 09:12

    Azalmanın əsil səbəbləri başqadır,örüş yerlərinin müxtəlif adlarla kimlər tərəfindənsə tutulması,kəntliyə heyvan saxlamaqa imkan vermir,bu səbəbdəndə kəntlərdə heyvan saxlamaq çəntinləşir və kəntlinin heyvan saxlamaqa olan maraqı azalır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*