backend

Azərbaycanda yeni evlənən cütlüklərə maddi yardım edilə bilər? - AÇIQLAMA

Bir çox Avropa ölkələrində yeni evlənən cütlüklərə dövlət tərəfindən maddi yardım göstərilir. Belə ki, İtaliyanın Siciliya adasında evlənən cütlüklərə 3 min avro pul verilməsi planlaşdırılır. Ümumilikdə, 2021-ci ilin iyul ayına qədər evlənəcək cütlüklərə 3,5 milyon avro verilməsi nəzərdə tutulur. Qeyd edək ki, İtaliyada koronavirus pandemiyası səbəbi ilə 70 min toy təxirə salınıb. Azərbaycanda yeni evlənən cütlüklərə maddi yardım edilə bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını şərh edən deputat Fazil Mustafa bildirib ki, İtalya və digər Avropa ölkələrində artımla bağlı problemlər var: “Ona görə də bunu stimullaşdırmaq üçün belə bir addım atılır. Bizdə bu addım birbaşa yeni doğulan uşağa 200 manat birdəfəlik müavinət formasında verilir. Amma yüksək məbləğ nəzərdə tutulmur. Əlbəttə, bu, büdcə imkanları ilə bağlı məsələdir. Büdcəmiz böyük olarsa, belə bir addlm bizdə də atıla bilər. Amma bu məsələdə Azərbaycanı Avropa ölkələri ilə müqayisə etmək düzgün deyil. Çünki onların büdcəsi daha böyükdür. Həm də onlarda demoqrafik problem var. Bizdə də uşaqlara müavinət verilməsi kimi dövlət tərəfindən müxtəlif dəstəklər var. Daha çox bizdə buna üstünlük verilir.

Hansı ölkələrdə əhali sayında azalma müşahidə olunursa, belə addımlar atılır. Bütün ölkələrə bunu tədbiq etmək düzgün deyil. Məsələn, Çində bunu etmək olmaz. Çünki orada hökumət daha çox azalmaya meyillidir. Yəni əhali sayı çox olduğuna görə dövlət bu məsələni stimullaşdırmır”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*