Azərbaycanda hərbi vəziyyət və ya səfərbərlik elan oluna bilərmi? – AÇIQLAMAbackend

Azərbaycanda hərbi vəziyyət və ya səfərbərlik elan oluna bilərmi? - AÇIQLAMA

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində onlarla hərbçimizin şəhid olması böyükdən-kiçiyə hər bir Azərbaycan vətəndaşını sarsıdıb. Buna rəğmən düşmənə vurulan ağır zərbə, həmçinin Ermənistan ordusunun bir neçə dəfə daha çox itki verməsi rəsmi İrəvanda insanların ayağa qalxmasına və ölkənin daha da ağır vəziyyətə düçar olmasına gətirib çıxarıb. Hazırda Ermənistanın itkilərinin çox olması səbəbindən ölkənin hərbi və siyasi ekspertləri Paşinyan hökumətini hərbi vəziyyət və səfərbərlik elan etməyə çağırırlar. Bəs görəsən indiki vəziyyətdə Azərbaycanda hərbi vəziyyət və ya qismən səfərbərlik elan oluna bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda Azərbaycanda nə hərbi vəziyyətin, nə də səfərbərliyin elan olunmasına heç bir ehtiyac yoxdur: “Ordumuz cəmi 50 nəfər şəhid verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq 100 min nəfərdən çox üzvü olan bir ordunun 50 nəfər şəhid verməsi, onun döyüş hazırlığına və gələcək hərbi əməliyyatlarına heç bir problem yaratmır. Ona görə də, hazırda Azərbaycanda hərbi vəziyyətin və ya səfərbərliyin elan olunmasına ehtiyac yoxdur”.

Ədalət Verdiyev: Hərbi məsələlərə zəruri miqdarda maliyyə vəsaitinin  ayrılması Prezidentin ordu quruculuğuna qayğısının göstəricisidir - AZƏRTAC

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*