Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu BÖLGƏLƏR – SON STATİSTİKAbackend

Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu BÖLGƏLƏR - SON STATİSTİKA

Ölkə üzrə koronavirusa yoluxma faktının ən çox olduğu rayonlar məlum olub.

KONKRET.az xəbər verir ki, statistik göstəricilər koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxmanın yayılmasına görə Bakı şəhəri ilk yerdədir.

Koronavirus testi müsbət olan şəxslərin 52 faizi paytaxtda yaşayır.

Yoluxanların Abşeron rayonunun payına düşən hissəsi 15,3 faiz təşkil edir.

Eyni zamanda, koronavirusa yoluxanların 10,3 faizi Gəncə-Qazax bölgəsində, 8,1 faizi Aran zonasında, 6,4 faizi Lənkəran rayonunda, 1,7 faizi Quba-Xaçmaz zonasında, 1,5 faizi Şəki-Zaqatala, 1,2 Yuxarı Qarabağ bölgəsi, 1,5 faizi Dağlı Şirvan zonası və 0,03 faizi Naxçıvanda yaşayanlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*