Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılır? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda müəllimlərin maaşı 2 dəfə artırılır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Naxçıvanda müəllimlərin aylıq vəzifə maaşlarının 2 dəfə qaldırılması ilə bağlı məlumat yayılıb. Bununla bağlı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbovun sərəncam imzaladığı bildirilir.

KONKRET.az xəbər verir ki, qafqazinfo məsələyə aydınlıq gətirmək üçün Naxçıvan MR Təhsil Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən məlumatın həqiqətə uyğun olmadığı bildirilib:

“Bu məlumat yalandır. Köhnə sərəncamı tarixini göstərmədən paylaşıb camaatı təşvişə salırlar. Bu bir neçə il əvvəlin sərəncamıdır, hazırda belə bir artım yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*