Azərbaycanda oğul atasını öldürdübackend

Azərbaycanda oğul atasını öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, martın 6-sı axşam saat 9 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağırlının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb və güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib.

Xəstəxanaya yerləşdirilən İ.Bağırov orada ölüb.

Eyvaz Bağırlı saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*