Azərbaycanda qadın qatarın altında qalaraq faciəvi şəkildə ölüb – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda qadın qatarın altında qalaraq faciəvi şəkildə ölüb - RƏSMİ AÇIQLAMA

Bu gün saat 16:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Bu barədə KONKRET.Az-a QSC-dən məlumat verilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

“ADY bir daha piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, dəmiryol xəttini yalnız müəyyən olunmuş yerdən keçməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır”,- deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*