Gəncədə qəza – Xəsarət alanlar varbackend

Gəncədə qəza - Xəsarət alanlar var

Gəncədə 3 nəfətin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami prospektində qeydə alınıb.  Belə ki, “Changan Uni –Z” markalı avtomobil “Hundai” markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 1991-ci il təvəllüdlü Gülnarə İsayeva, 1998-ci ill təvəllüdlü Ofelya Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*