Ağdaşda qətl törədilib.
KONKRET.az Lent.az-a istinadla xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayıb.
Qarın nahiyəsindən bıçaq xəsarəti alan Mirmehdi Musayev aldığı xəsarətdən ölüb.
Hadisəni törədən Q.Musayev polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb mülk mübahisəsi olub.
Məlumata görə, onlar ailədə 7 nəfər olub, bacı-qardaşdan heç biri ailə qurmayıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.