Azərbaycanda qarın yağacağı tarix açıqlandıbackend

Azərbaycanda qarın yağacağı tarix açıqlandı

Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Bu barədə KONKRET.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Nihat
    Noyabr 12, 2024 - 20:00

    Kar ne vaxt yağacaq

  • Bakidan
    Noyabr 13, 2024 - 02:07

    Movzunun adi ve movzu qot bawdir !!!
    Hani qarrrrr ?

  • Sərdar
    Noyabr 13, 2024 - 03:55

    Ayın birində və ya ikisində qar yağa bilər

  • Aydın
    Noyabr 13, 2024 - 09:23

    Salam mən müşahidə aparmışam. Qar çox ehtimal ki yanvar ayının 5-26 aralığınfa yağacaq

  • Xiyar
    Noyabr 13, 2024 - 09:46

    Ay dolbayob, hani qar?

  • Tuncay
    Noyabr 13, 2024 - 12:50

    Yanavrin 5-18 kimi guclu qar yagacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*