Azərbaycanda şair vəfat etdi – FOTObackend

Azərbaycanda şair vəfat etdi - FOTO 

Cəlilabadın tanınmış şairi, yazıçı-publisist və veteran jurnalist Sakit Orduxanlı (Sakit Şükür oğlu Abdullu) dünyasını dəyişib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir, o, bu gün 65 yaşında vəfat edib.

Qeyd edək ki, Sakit Orduxanlı 1961-ci il sentyabrın 5-də Cəlilabad rayonunun Cəfərli kəndində anadan olub. Orta təhsilini Biləsuvar rayonunda başa vurduqdan sonra Cəlilabad Sovxoz Texnikumunda təhsil alıb. Uzun illər Cəlilabad rayonunun ictimai-mədəni və ədəbi mühitində fəal iştirak edib, mətbuat sahəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*