Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri hərbi bazalara köçürüldü – SƏBƏBİ açıqlandı / ADLAR backend

Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri hərbi bazalara köçürüldü - SƏBƏBİ açıqlandı / ADLAR

ABŞ Prezidenti Donald Trampın administrasiyasında təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər təhdidlər səbəbindən mühafizə olunan hərbi komplekslərə köçürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, köçürülən şəxslər arasında ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent, baş prokuror Todd Blanş və Ağ Evin aparat rəhbəri Stiven Miller də var.

Telekanalın məlumatına əsasən, bu addımın əsas səbəbi İrandan qaynaqlanan təhdidlər, eləcə də ABŞ daxilindəki təhlükəsizlik riskləridir.

Bununla yanaşı, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi Pentaqondan rəsmilərin hərbi komplekslərə köçürülməsinə səbəb olan təhdidlər barədə hesabat tələb edib. Hesabatda köçürülən şəxslər, təhlükəsizlik riskləri, bu qərarların hüquqi əsasları və dövlət büdcəsindən çəkilən xərclər barədə məlumatların əks olunması gözlənilir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*