Ermənistan hökuməti ölkədəki Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətini 2036-cı ilədək uzatmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Atom Energetikası Təhlükəsizliyi Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, stansiyanın ikinci enerji blokunun istismar müddəti 2016-cı ildə başa çatıb və hökumətin qərarı ilə 10 il uzadılıb.
Paşinyan, həmçinin mövcud enerji blokunu əvəz edəcək yeni nüvə enerji blokunun yaradılmasının vacibliyini vurğulayıb:
“Bu, gələcəkdə ölkəmizin enerji təhlükəsizliyini təmin etməyin yeganə yoludur. Yeni nüvə enerji blokunun seçilməsi istiqamətində işlər aparılır və ümid edirik ki, 2027-ci ildə bu məsələyə aydınlıq gətiriləcək”./Qafqazinfo/
