backend

Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı YENİLİK

Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar verib.

KONKRET.AZ xəbər verir ki, qərara əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*