Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?backend

Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstərişin verildiyini bildirib. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqqılarında artımları təmin edəcək”.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
O qeyd edib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezident Sərəncamına uyğunlaşdırılacaq və artırılacaq:
“Məbləğindən asılı olmayaraq bu sektorlarda çalışanların maaşları artırılacaq. Minimum əməkhaqqı artırıldıqdan sonra sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqıları artacaq. Əməkhaqqı artımlarının neçə faiz olacağına gəldikdə isə vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqqıları Vahid Tarif Cədvəli (VTC) əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Aylıq tarif maaşları 400 manat ilə 1150 manat arasında dəyişir. Hazırda ilk pillə üzrə əməkhaqqı 400 manatdır. Ən yüksək dərəcə üzrə əməkhaqqı isə 1150 manatdır”.
V.Bayramovun sözlərinə görə, minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq:
“Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Müəllim və həkimlərin maaşları məsələsinə gəldikdə isə hazırda Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əməkhaqqılarında artımlar olacaq. Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqılar müəyyənləşdiyi üçün bu sahələrdə də müəyyən işçilərdə maaş artımları istisna deyil. Minimum əməkhaqqı artırıldıqdan sonra VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*