Türkiyədə İŞİD-ə qarşı geniş əməliyyat: 16 şəhərdə 51 nəfər saxlanıldıbackend

Türkiyədə İŞİD-ə qarşı geniş əməliyyat: 16 şəhərdə 51 nəfər saxlanıldı

Türkiyədə İŞİD-ə qarşı 16 vilayətdə keçirilən əməliyyatlarda 51 nəfər tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat açıqlayıb.

Əməliyyat Adana, Adıyaman, Balıkəsir, Bursa, Diyarbəkir, Düzce, Ədirnə, Qaziantep, İğdır, Kayseri, Mardin, Mersin, Nevşehir, Sinop, Şanlıurfa və Zongulda keçirilib.

Onların İŞİD üzvü olduqları, təşkilata maliyyə dəstəyi göstərdikləri və sosial media hesabları vasitəsilə təşkilatın təbliğatını apardıqları müəyyən edilib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*