Ronaldo ilə görüşə bilərlərbackend

Ronaldo ilə görüşə bilərlər

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus Portuqaliya Futbol Federasiyasının (FPF) hücumçu Kriştiano Ronaldo ilə görüşmək təklifini qəbul edib.

KONKRET.az xəbər verir ki, bu haqda “A Bola” nəşri məlumat yayıb.

Bildirilir ki, bu görüş tərəflər arasında barışıqla nəticələnə bilər.

Mənbənin bildirdiyinə görə, FPF Kriştiano ilə milli komanda arasında qəti və gərgin bir ayrılığın qarşısını almaq istəyir və 41 yaşlı hücumçunun ətrafındakı şəxslərlə əlaqə saxlayır. Görüşün neytral məkanda keçirilməsi planlaşdırılır.

Hazırkı məqamda Ronaldo Federasiyanın təklifinə hələ cavab verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ulduz futbolçu Kriştiano Ronaldo baş məşqçi ilə mübahisədən sonra komandanın düşərgəsini tərk etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*