Azərbaycanda tanınmış müğənni COVID-19-dan ÖLDÜ – FOTObackend

Azərbaycanda tanınmış müğənni COVID-19-dan ÖLDÜ - FOTO

Xanəndə Xasməmməd Hacıyev vəfat edib.

KONKRET.az bildirir ki, bu haqda axşam.az-a açıqlamasında muğam ifaçısının yaxını məlumat verib.

Bildirilib ki, ifaçı koronavirus infeksiyasından dünyasını dəyişib:

“Xəstəxanaya yerləşdirilmişdi. Müalicə alsa da, onu xilas etmək mümkün olmayıb. O, bir neçə həftə əvvəl vəfat edib”.

Qeyd edək ki, X.Hacıyev 1949-cu il sentyabrın 15-də Beyləqanda anadan olub. O, mərhum Əməkdar artist Məhəbbət Kazımovla oxuduğu mahnılarla tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*