Azərbaycanda toy və yas mərasimləri tamamilə ləğv edilə bilər – AÇIQLAMAbackend

Azərbaycanda toy və yas mərasimləri tamamilə ləğv edilə bilər - AÇIQLAMA

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ilə əlaqədar təxirə düşən əsas tədbirlərdən biri də toy və yas mərasimləridir.  Artıq 7 aydan çoxdur ki, bu qadağa qüvvədədir.

Maraqlıdır, pandemiyadan sonra toy və yas mərasimləri necə və hansı şərtlərlə keçiriləcək?

KONKRET.az-ın məlumatına görə, məsələ ilə bağlı sosioloq Eyyub Hüseynov bildirib ki, birmənalı şəkildə vəziyyət heç də yaxşı deyil:

“Toylar mütləq təxirə salınmalıdır və yaxud sadə bir mərasim təşkil olunmalıdır. Yəni ev şəraitində ailə üzvləri ilə keçirilə bilər. Yas mərasimləri birmənalı şəkildə dayandırılmalıdır. Ümumiyyətlə, təntənəli yas mərasimləri pandemiyadan sonra da davam etməməlidir. Kiçik toy məsələsinə gəlincə, çox lazımsız bir məsələdir. Hətta bir övladı olan adamlar da kiçik toy məclisi etməməlidir. Toylarda gərəksiz yerə israfçılığa yol verirlər. Mən tərəfdarıyam ki, bu məsələ həll olunsun. Çünki regionlardakı monitoriqlərin göstərdi ki, pandemiya yenidən yayıla bilər”.

Ekspert onu da qeyd edib ki, pandemiya dövründə  Azərbaycan əhalisinə və istehlakçılarına edilən  bəzi mədəniyyətsizliklərə son qoyulmalıdır:

“Ümumiyyətlə, toylara yeni bir mədəniyyət gətirilməlidir. Mən demirəm Avropa mədəniyyətini təbliğ edək, özümüzün milli, sadə və israfçılıqdan uzaq milli dəyərlərimizi qorumaq və formalaşdırmaq daha yaxşı olardı”./demokrat.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*