Azərbaycanda Ukraynaya humanitar YARDIM AKSİYASI KEÇİRİLƏCƏK – SİYAHIbackend

Azərbaycanda Ukraynaya humanitar YARDIM AKSİYASI KEÇİRİLƏCƏK - SİYAHI

Azərbaycan xalqından Ukraynaya humanitar yardım aksiyası keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə aksiyanı təşkil edən könüllülərin yaydığı məlumatda deyilir.

Səfirliyin verdiyi siyahı üzrə aşağıdakı yardımların edilməsi xahiş olunur:

  1. Pamperslər
  2. Geyimlər 0+ (uşaq və böyüklər üçün) yaxşı vəziyyətdə
  3. Quru uşaq yeməkləri
  4. Maska, anti-septik, spirt, bint
  5. Dəsmal və yataq dəsti (ədyal, yorğan yastıq, döşəkağı)
  6. Qab-qacaq, qazan,
  7. Dənli bitkilər, su, tez hazırlanan qidalar (makaron, vermeşil, konserva, çay, şəkər, duru yağ)
  8. Sabun, diş məcunu, diş fırçaları, şampun, quru və nəm salfetkalar, paraşok və yuyucu məhsullar
  9. Qadın gigiyenik əşyaları
  10. Fənər, şamlar, batareyalar
  11. Çarpayılar (Raskladuşka)

Məlumatda o da bildirilir ki, Rusiya istehsalı olan məhsullar qəbul edilmir. Yardımların Ukrayna səfirliyinin ünvanına (Yusif Vəzir Çəmənzəminli küçəsi, Milyonerlər məhləsi) çatdırılması bildirilir.

Aksiya hər gün saat 09:00-dan 19:00-a kimi, 10 gün davam edəcək.

Xatırladaq ki, birinci gün artıq ilk yardım partiyası olaraq yük maşını Ukraynaya yola düşəcək.

Əlaqə nömrəsi: 099 391 53 33

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*