Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİbackend

Azərbaycanda vəzifəli şəxs CƏRİMƏLƏNDİ

İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildirilən qovaq ağacı kəsilib.

KONKRET.az xəbər verir ki, hadisənin düzgün aparılmayan budanma işləri zamanı baş verdiyi məlum olub.

Kənd icra nümayəndəsi Tahir Hüseynov qeyd edib ki, ağacın budanması aidiyyəti qurumdan rəy alındıqdan sonra həyata keçirilib.

Sakinlərin müraciətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib. Məlum olub ki, budanma düzgün aparılmayıb. Buna görə də Cülyan kənd icra nümayəndəsi nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən cərimələnib./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*