Azərbaycanda vəzifəli şəxs hoteldə öldü – YENİLƏNİBbackend

Azərbaycanda vəzifəli şəxs hoteldə öldü - YENİLƏNİB

Oğuzda hoteldə vəfat edən Sübhan Quliyev əvvəllər xüsusi xidmət orqanlarında xidmət edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, pensiyaya çıxdıqdan sonra, 2020-ci ildə Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifəni icra edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İlkin məlumata görə, S.Quliyev yüksək qan təzyiqindən əziyyət çəkirmiş və hadisə də qan təzyiqinin yüksəlməsi səbəbindən baş verib.

***

09:45

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən “Səma” hotelində qeydə alınıb.

Belə ki, Bakı şəhəri Yasamal rayon sakini 1966-ci il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu bu gün səhər oteldə ürəktutmasından vəfat edib.

Məlumata görə, 57 yaşlı S. Quliyev Bakıdan Oğuza toy şənliyində iştirak etmək üçün gəlib. Toydan çıxıb hotelə dönüb, burada özünü pis hiss edib. Gecə saatlarında hətta ona Təcili Tibbi Yardım çağırılaraq iynə də vurulub. Bu gün səhər işə hotel əməkdaşları onu otağında ölmüş vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*