Azərbaycana ölüm hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu RMX-da qeydə alınıb. Beləki 1978-ci il təvəllüdlü Süleymanov Valeh Tapdıq oğlu xəstəxananın qeydiyyat bölməsində növbə zamanı, qeydiyatçı operatora yavaş işləməsi barədə iradını bildirib və əsəbləşib.
Keçirdiyi stresdən narahat olan, epilepsiya xəstəsi V.Süleymanov qəfil yerə yıxılaraq özündən gedib. Həkimlərin müdaxilə etməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

“MediaPost”
