Azərbaycanda yeni doğulan oğlanlar qızları sürətlə ÜSTƏLƏYİRbackend

Azərbaycanda yeni doğulan oğlanlar qızları sürətlə ÜSTƏLƏYİR

Azərbaycanda yeni doğulan uşaqlara arasında cinsə görə nisbət sürətlə oğlanların xeyrinə dəyişir.

KONKRET.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatına görə, 2022-ci il üzrə doğumu qeydə alınmış 122 min 846 nəfərdən 64 min 940-ı oğlan, 57 min 906- sı isə qızdır.

Ötən il cinslər arasındakı fərq 7 min 34 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib.

Modern.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 85352 doğulan körpə qeydə alınıb.

Bu il doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*