Azərbaycanda yoluxma sayı 40-dan aşağı düşdü – SON STATİSTİKAbackend

Azərbaycanda yoluxma sayı 40-dan aşağı düşdü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. 2 688 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4673, bu günə qədər isə ümumilikdə 3 572 418 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*