Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKAbackend

Azərbaycanda zorlamalar ABŞ-dan 95, Ermənistandan 2 dəfə azdır – STATİSTİKA

Azərbaycan dünyada zorlamaların ən az qeydə alındığı ölkələr sırasındadır.

KONKRET.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, hər 100 min sakinə düşən zorlama sayı Azərbaycanda 0,3 təşkil edir. Analoji göstərici qonşu Ermənistanda 0,6-ya bərabərdir.

Zorlama halları ilə bağlı ən acınacaqlı vəziyyət Afrikada yerləşən Lesoto Krallığında qyedə alınıb. Bu ölkədə hər 100 min sakinə 91,6 zorlama halı düşür. Zorlama hallarının kütləvi xarakter aldığı ölkələr sırasında Trinidad və Tabaqo (hər 100 min nəfər 58,4 hal), İsveç (53,2), Yeni Zelandiya (30,9), ABŞ (28,6), Belçika (26,3), Zimbabve (25,6), Böyük Britaniya (24,1), İrlandiya (22,3), İslandiya (21,6) yer alıb.

Misirdə isə hər 100 min sakinə 0,1 zorlama faktı düşür və bu dünyada ən aşağı göstəricilərdən biri sayılır.

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*