Azərbaycanın axtardığı şəxs İtaliyada tutuldubackend

Azərbaycanın axtardığı şəxs İtaliyada tutuldu

Uzun illərdir beynəlxalq axtarışda olan Rasim Sadixoviç İsmayılov həbs edilib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təxminən 10 il əvvəl barəsində cinayət işi başladılan şəxs İtaliyada tutulub.

Bildirilib ki, həmin vaxt Səbail RPİ dələduzluqda ittiham edilən R.İsmayılov barəsində axtarış elan edib. Daha sonra onun ölkədən çıxması müəyyən edildiyindən İnterpol vasitəsilə beynəlxalq axtarışa başlanılıb.

Hazırda onun İtaliyadan Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*