Qubanın Qrız kəndində mənfi 5 dərəcə temperatur qeydə alınıb.
KONKRET.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, şimal bölgəsində Qubanın Qrız və Qusarın Ləzə kəndlərinə qar yağıb.
Qarın hündürlüyü bir santimetrdir.
Qubanın Xınalıq və Qusarın Ləzə kəndində temperatur mənfi 4 dərəcəyə enib.AZƏRTAC
