Dünya Bankının yeni proqnozuna əsasən, son dörd ildə ilk dəfə olaraq 2021-ci ildə Azərbaycanın xaricdən cəlb etdiyi birbaşa investisiyaların həcmi, ölkənin xaricə birbaşa investisiya qoyuluşunu üstələyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “APA-Economics” Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən məlumat yayıb..
Hesabatda qeyd olunub ki, 2021-ci ildə Azərbaycanın xalis birbaşa investisiya balansı profisitli olacaq (yəni xaricdən cəlb etdiyi birbaşa investisiyalar göndərdiyi birbaşa investisiyaları üstələyəcək) və ÜDM-in 1,3%-ni təşkil edəcək. 2022-ci ildə bu göstəricinin ÜDM-in 1,2%-nə, 2023-cü ildə isə 1,1%-nə bərabər olacağı proqnozlaşdırılır.
