Azərbaycanın domenində saytların sayı 7% artıb – CƏDVƏLbackend

Azərbaycanın domenində saytların sayı 7% artıb - CƏDVƏL

Bu ilin iyulun 1-nə olan məlumatına görə, Azərbaycanın milli domen zonasında (“.az”) 39 626 internet resursu qeydə alınıb.

KONKRET.az-ın “WHOIS” portalının hesabatı əsasında apardığı hesablamalara görə, bu ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,2% çoxdur.

Qeydə alınan saytların ümumi sayının 37 019-u birinci səviyyəli domen zonasına aiddir ki, bu da bir il öncəki göstəricini 7,1% üstələyir.

Ən məşhur ikinci səviyyəli domen “.com.az”dır. Bu domendə qeydiyyat sayı illik ifadədə 3,9% artaraq 1408 sayt təşkil edib.

Populyarlığına görə üçüncü yerdə “.edu.az” domeni qərarlaşıb. Bu domendə iyulun 1-nə olan məlumata görə 552 sayt qeydiyyatdan keçib ki, bu da ötən ilin göstəricisindən 15% çoxdur.

Digər domen zonalarında qeydiyyatdan keçən saytların pay bölgüsü:

Domen Qeydiyyatdan keçən saytların sayı
pro.az 10
name.az 13
pp.az 21
int.az 28
biz.az 30
net.az 93
info.az 126
co.az 157
org.az 169

Qeyd edək ki, “.az” milli domen zonası rəsmi olaraq 25 avqust 1993-cü ildə fəaliyyətə başlayıb. Bu domenin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*