Azərbaycanın əməliyyat sistemi bazarında “Android”in payı artdıbackend

Azərbaycanın əməliyyat sistemi bazarında "Android"in payı artdı

2020-ci ilin dekabrında Azərbaycanın əməliyyat sistemi bazarında “Android” sisteminin payı 53,1 faiz təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 4,89 faiz çoxdur.

KONKRET.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İkinci yerdə qərarlaşmış “Microsoft” şirkətinin “Windows” əməliyyat sisteminin bazarda payı 4,29 faiz azalaraq 33,75 faiz təşkil edib.

“Apple” şirkətinin “iOS” əməliyyat sistemi payı 0,17 faiz artaraq 9,03 faizə bərabər olub.

Digər əməliyyat sistemləri sırasında “macOS X” (Apple, 2,57 faiz), “Linux” (0,91 faiz) yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*