Azərbaycanda icra başçıları içərisində idmançılar da var. Onlar əvvəllər idmançı-müəllim kimi fəaliyyət göstərsələr də, daha sonra dövlət idarəçiliyində mühüm postlara təyinat almağı bacarıblar.
Elə bu məramla da KONKRET.az kiçik bir araşdırma aparıb.
Azərbaycanda idmançı icra başçıları kimlərdir?
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov:

Hazırda 60 yaşı olan və Naxçıvan doğumlu S.Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. O, Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi üzrə rəhbər olub. Naxçıvanda sıradan idman müəllimi kimi fəaliyyət göstərən S.Mikayılov 1995-ci ildə qəfil Gömrük orqanlarında peyda olur. Yardımlı və Lənkəran şəhərlərində icra başçısı vəzifəsində işləyib. Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov:

A.Əsgərov da Naxçıvanda anadan olub, hazırda 56 yaşı var. O, 1989-cu ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1989-cu ildən əmək fəaliyyətinə başlayıb, Respublika ÜOEUGİM-də təlimatçı-metodist-məşqçi, 1991-ci ildən həmin məktəbin direktoru işləmişdir. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olub. Hazırda Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
Ənvər Şüküroğlu,
KONKRET.az
