Azərbaycanın kino xadimi Belarusda ruhi dispanserə yerləşdirilib – Videobackend

Azərbaycanın kino xadimi Belarusda ruhi dispanserə yerləşdirilib - Video

Əməkdar mədəniyyət işçisi, kino xadimi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib.

KONKRET.AZ xəbər verir ki, bu barədə “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” proqramında məlumat verilib. Çəkiliş qrupu sözügedən dispanserə gedərək, Miroslava İsgəndərova ilə müsahibə gerçəkləşdirib.

Onun nitqində problem olması sujetdə nümayiş etdirilib. O, müsahibə zamanı oğlunun və qızının olduğunu, Bakı üçün darıxdığını söyləyib.

76 yaşlı M.İsgəndərova bir müddət öncə kürəkəni və qızı ilə Belarusun Viteks şəhərinə köçüb. Qızı həbs olunub, kürəkəni isə onu tək qoyub, ölkədən çıxıb. Sonra isə qonşuları tərəfindən psixoloji dispanserə yerləşdirilib.

Oğlu Eldar anasının başına gələnlərdən verilişdən sonra xəbər tutub. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü deyib.

Qeyd edək ki, M. İsgəndərova “Azərbaycanfilm” kinostudiyasında Animasiya şöbəsinin müdiri, həyat yoldaşı isə kinostudiyanın baş mühəndisi vəzifəsində çalışıb.

http://

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*