“Azərbaycanın nəzarətindədir” – Zod qızıl yatağı barədə Ermənistandan AÇIQLAMAbackend

Azərbaycanın nəzarətindədir” - Zod qızıl yatağı barədə Ermənistandan AÇIQLAMA

Azərbaycan tərəfi Zod qızıl yatağının mülkiyyəti və oradakı insanların təxliyəsi barədə məsələ qaldırıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan deyib.

O bildirib ki, Kəlbəcər rayonu Bakının nəzarətinə keçəndən sonra iki ölkə arasındakı sərhəd sahənin ortasından keçir.

Xaçatryan əlavə edib ki, Azərbaycan hərbçiləri mədəndə işləyən Rusiya şirkətinin nümayəndələri ilə danışıqlar aparıb və bundan sonra şirkət əməkdaşları ərazini tərk edib.

O, Ermənistan tərəfinin müzakirələrdə iştirak etmədiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*