Azərbaycanın növbəti ən böyük satış forumu keçiriləcək – FOTObackend

Azərbaycanın növbəti ən böyük satış forumu keçiriləcək - FOTO

Fevralın 19-da “SAT Group” tərəfindən 5-ci dəfə ölkənin ən böyük satış forumu təşkil olunacaq. Forumda sahibkarlar, CEOlar, satış rəhbərləri, menecerlər “2022 – Satışın Yüksəlişi” mesajı ilə bir araya gələcəklər.

KONKRET.az xəbər verir ki, forumun məqsədi iqtisadi çətinlik dövründə biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır.

Bu il 3 panel, 3 moderator və hər paneldə 3 spiker olmaqla, toplam 9 spikerin olması planlaşdırılıb. Forumda spikerlər “Satış idarəetməsi”, “Dijital satış strategiyası”, “Müasir satış alətləri” panellərində çıxış edəcəklər.

Forumun biletləri artıq satışdadır.

Biletləri Facebook səhifəsində onlayn sifariş göndərməklə, saytda qeydiyyatdan keçməklə və +994554555645 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Qeydiyyat linki: https://ebilet.store/sat_group/index.php.

Qeyd edək ki, forumun informasiya dəstəyi APA Xəbərlər Agentliyidir.

Azərbaycanın növbəti ən böyük satış forumu keçiriləcək - FOTO

Azərbaycanın növbəti ən böyük satış forumu keçiriləcək - FOTO

Azərbaycanın növbəti ən böyük satış forumu keçiriləcək - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*