Azərbaycanın sığorta bazarı 13% böyüyübbackend

Azərbaycanın sığorta bazarı 13% böyüyüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 797,625 milyon manat sığorta haqqı toplanılıb.

KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 359,297 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4% azdır.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,9 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*