“Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər qızmış başların üzərinə  soyuq su tökəcək” – Rəsul Quliyevbackend

"Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər qızmış başların üzərinə soyuq su tökəcək" - Rəsul Quliyev

“Ermənistanda parlament seçkiləri qabağı Koçaryan və onu dəstəkləyən Sarkisyanın çıxışları təəssüf doğurur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri eks-spiker Rəsul Quliyev ğz Fasebook səhifəsində yazıb.

Daha sonra o, fikirlərinə belə davam edib:

“Koçaryan 1992-ci ildə etdiyi “qəhrəmanlığlı ” ordu yaratmaq qəhrəmanlığını yenidən təkrar edəcək və Zaqafqaziyanın pələngi ordusunu yaradacağından sayaqlayır.O dövrdə də ağıldan kəm olan bu şəxsin beynində tam deqradasiya gedib və heç bir analiz etmədən ,çox ehtimal analiz etmək qabiliyyəti yoxdur, sayaqlayır.Güclü ordu yaratmaq istəyən insan ilk növbədə düşmən saydığı ölkənin imkanlarını analiz etməlidir. Hər halda Ermənistan Türkiyəyə qarşı yox, Azərbaycana qarşı ordu yaratmaqdan danışır.

İndi analizə keçək.

1. Düşməni Azərbaycanın iqtisadi imkanları Ermənistan ən azı 5-8 dəfə artıqdır.

2. Ordu üçün çağrıla biləcək əskər və zabitlərin sayı Ermənistandan ən azı 4 dəfə artıqdır.

3. Müharibəni udmağın həlledici faktoru zabitlərin təhsili Azərbaycan və Türkiyə hərbi akademiyalarında NATO proqramı ilə həyata keçirilir.Azərbaycan zabitlərin bir qismini İsrail hərbi məktəblərində də oxutdura bilər.

Bunların qarşısında Ermənistanın hərbi hazırlığı ancaq bir ölkə, RF tərəfindən baş tuta bilər. Azərbaycanın aldığı silah- sursatı təkmilləşdirmək imkanına malikdir, Ermənistan yox. 44 günlük Vətən müharibəsi demək olar ki, eyni silahlardan istifadə edən Azərbaycanın hansı səviyyədə Ermənistandan yuxarıda dayandığını əyani göstərdi. Ona görə Koçaryanın Azərbaycanın qarşısında dura biləcək,hətta qalib gələ biləcək ordu yaradacaq bəyanatları ağılsız insanın sayaqlamasından başqa bir şey deyildir.

Rusiya sülh məramlılarının Azərbaycanda olmasını dəstəkləməyən ABŞ, onların Qarabağdan çıxarılmasında hər 3 ölkəni – Azərbaycan,Ermənistan və Türkiyəni dəstəkləyəcək.Ermənistanın inkişaf edə biləcək gələcəyi Azərbaycanla hər tərəfli müqavilə bağlanılmasından və Türkiyə ilə əlaqələrin bərpa edilməsindən keçir. Bunu anlamayan siyasətçinin Ermənistanda hakimiyyətə gəlməsi Ermənistan dövləti adlı ölkənin olmasını keçmiş tarixə keçirilməsi ilə nəticələnəcək.

Ermənistan bir şeyidə anlamalıdır. Əgər düşmənin sənin torpaqlarını işğal etməsini istəmirsənsə, “həmişə hucuma hazır ol” müharibə nəzəriyyəsini Azərbaycan bütün dərinliyi ilə mənimsəyib.

Azərbaycanın Türkiyə ilə bağlayacağı sazişlər bir çox qızmış başların üzərinə soyuq su tökəcək, əminəm”.

  • GARACANTA
    İyun 13, 2021 - 21:55

    Rəsul Quliyev, xəyanət etdik Türkiyə qardaşımıza….10 noyabr bəyanatı niyə gizli bağlandı…niyə bu rus gavurlarının üzünə heç nə demirsiniz…niyə 80 milyardlıq davası açılmadı,…niyə İsgəndər-M raketi cinayəti üzrə komissiya yaradılmadı….niyə, ….niyə,….niyə? Siz bu milləti nə vaxta kimi bambılı sayacaqsınız…indi nəyi və kimi tərifləyirsiniz?…Türkmənçay, Gülüstan, bolşeviklər, Stalin, repressiyalar, Bakının ruslaşması və erməniləşməsi, 20 yanvar, Xocalı və nələr nələr…rus gavurunun bu qədər etdiyini niyə unudub Türkiyəni kənarda saxladınız…sonra da tüpürdüyünüzü yalamağa baçladınız….yaxşə ki, Qarapapaq Türküyəm…Siz isə azərbaycanlısınız…Sizə baxıb Utanıram…Sizi kimilər Millətimizi həmişə Köləlik Bataqlığəna soxdunuz…indidən sizi kimilərin Nəhlət qazandığının şahidi oluram…Allah bu torpaqları sizin kimilərdən-və sizə oxşar “vətənpərvər müxalifət məxluqlardan” azad etsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*