Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu oldubackend

Azərbaycanın yeniyetmə cüdoçusu ikiqat dünya çempionu oldu

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.

KONKRET.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.

2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.

Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.

Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*