Azərbaycanla azad ticarət Ermənistana böyük bazarlara çıxmağa kömək edəcək – Kerobyanbackend

Azərbaycanla azad ticarət Ermənistana böyük bazarlara çıxmağa kömək edəcək - Kerobyan

Ermənistanın iqtisadiyyat naziri ermənilərə “od qoyan” açıqlama verib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışaraq, dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayenin mümkün olmadığını bəyan edib.

Bu barədə o, yerli telekanallardan birinə müsahibəsində bildirib.

Nazir yaxın vaxtlarda Türkiyə ilə yüklərin hava yolu ilə daşınmasına başlanılacağını da deyib.

Kerobyan deyir ki, Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan cəmi iki-üç il ərzində 30 faizlik iqtisadi artıma nail ola bilər. Onun fikrincə, bunu bir sıra beynəlxalq araşdırmalar sübut edir.

Nazir vurğulayıb ki, Türkiyə vətəndaşlarının Ermənistana investisiya qoymasına heç vaxt qadağa qoyulmayıb. Ancaq eyni şeyi Ermənistan vətəndaşları haqqında demək olmaz.

“Türkiyə bazarı Ermənistan vətəndaşları və biznesləri üçün bağlıdır. Sərhədlərin açılması bizə hələ də sərbəst şəkildə sərmayə qoya bilən Türkiyə vətəndaşlarından və bizneslərindən daha çox imkanlar verir”, – deyə Vaan Kerobyan bildirib.

Dəmir yolu rabitəsi olmadan inkişaf etmiş sənayenin olması mümkün deyil, deyən nazir Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasından danışıb.

“Və bu yolla Ermənistan Rusiya, İran, Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsi əldə edəcək”, – deyə o vurğulayıb.

Ermənistan tərəfi Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək üçün təxminən 200 milyon dollar xərcləməlidir.

“Əgər Azərbaycanla azad ticarət rejimi qurularsa, bu, nəinki Ermənistanın biznesinə və vətəndaşlarına zərər verməyəcək, həm də daha ​​böyük bazarlara çıxmağa kömək edəcək”, – deyə iqtisadiyyat naziri əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*