“Azərbaycanla müharibə nə üçün ən qısa müddətdə dayandırılmadı?” – Samvel Mkrtçyanbackend

"Azərbaycanla müharibə nə üçün ən qısa müddətdə dayandırılmadı?" - Samvel Mkrtçyan

“Niyə müharibəyə bu qədər hazırlıqsız başladıq? 30 ildir ordu üçün heç bir şey edilmədiyini söyləyirlərsə, niyə müharibəni təxirə salmaq üçün hər şey edilmədi? Bunun əvəzinə ehtiyatsız ifadələr işlədildi ki, bu da düşmənə müharibə başlamaq üçün mühüm səbəb oldu”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İkinci Qarabağ savaşında öldürülən Haykaz Mkrtçyanın atası Samvel Mkrtçyan bildirib.

O qeyd edib ki, müharibədən sonra erməni xalqının həyatı qaranlığa düçar olub. “Bir çox suallar ortaya çıxıb. Yaşaya bilmək üçün oğullarımız qarşısında borcumuzu yerinə yetirməliyik. Bunun üçün ilk növbədə bir çox suallara cavab almalıyıq. Bu suallardan ən əsası odur ki, güc tarazlığı pozulduğu təqdirdə Azərbaycanla müharibə nə üçün ən qısa müddətdə dayandırılmadı? Mütəşəkkil hazırlıqlı olmayan ölkə müharibəni niyə mütəşəkkil şəkildə uduzdu? Kimdir günahkar? Niyə heç kim mühakimə olunmur? Niyə vəd edildiyi kimi, başqa ölkələr tərəfindən Artsaxın müstəqilliyi tanınmadı? Göründüyü kimi, suallar çoxdur, amma cavablar məlum deyil”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*