Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilməlidir – Paşinyanbackend

Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilməlidir - Paşinyan

Azərbaycanla sərhəddə beynəlxalq müşahidəçilər yerləşdirilməlidir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Twitter mikrobloqunda yazıb.

Paşinyan qeyd edib ki, azərbaycanlıların “hücumu pislənilməli və dayandırılmalıdır”.

“Ermənistan ardıcıl olaraq beynəlxalq tərəfdaşlarına həll yolu ola biləcək formul təklif edir. İstər BMT Təhlükəsizlik Şurasının, istər ATƏT-in, istərsə də başqa beynəlxalq təşkilatın mandatı altında Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyası yerləşdirmək lazımdır. Və bu, mütləq zərurətdir”, – Paşinyan bildirib.

Maraqlı məqam odur ki, Paşinyan KTMT-nin adını qeyd etməyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*