Azərbaycanla Türkiyə bu barədə razılığa gəldibackend

Azərbaycanla Türkiyə bu barədə razılığa gəldi 

Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəliblər.

KONKRET.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. “Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələrinin icrasının sürətləndirilməsi istiqamətində razılığa gəldik. Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə mümkün əməkdaşlıq imkanlarını dəyərləndirdik. Bu regional enerji bağlantısı layihələri enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edən növbəti birgə töhfələrimiz olacaq”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*