Azərbaycanlı ekspert ermənilərə od qoydu – ƏTRAFLI – FOTObackend

Azərbaycanlı ekspert ermənilərə od qoydu - ƏTRAFLI - FOTO

Azərbaycanlı ekspert Asif Nərimanlının şərhi ermənilərə od qoyub.

KONKRET.az xəbər verir ki, Azərbaycanda ekspertlər də Arman Tatoyanın ombudsman kimi fəaliyyətinin bitməsini şərh ediblər. Müxtəlif rəylər, şərhlər bildirilib.

Gənc ekspert Asif Nərimanlı da öz münasibətini bildirib və bu, erməniləri yandırıb-yaxıb.

Onlar yazırlar ki, azərbaycanlı ekspertlər Arman Tatoyanın vəzifəsindən getməsini müsbət qiymətləndirir, onun artıq heç nəyə qarışa bilməyəcəyini vurğulayırlar.

Azərbaycanlı ekspertin rəyindən sitat:

“İrəvan-Bakı, İrəvan-Ankara münasibətlərinin mümkün normallaşmasına qarşı ən fəal təbliğatçılardan biri olan Arman Tatoyan hakimiyyət üçün “baş ağrısına” çevrilib. “Nikol Paşinyan öz namizədini təyin edərək, nəhayət, ondan yaxa qurtardı”.

Ermənilər ekspertin şərhinə qəzəblənsələr də, həm də doğru olduğunu deyiblər.

“Sadəcə doğru fikir, şərh etməyə ehtiyac yoxdur”, – deyə bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*