İtaliya XİN rəhbəri Azərbaycana gəlirbackend

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib.

Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək, həmçinin noyabrın 23-də Bakıda Azərbaycan-İtaliya biznes-forumunda iştirak edəcək.

“Forumda iştirak etmək üçün XİN rəhbərini energetika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox İtaliya şirkətinin nümayəndəsi müşayiət edəcək”, – mənbə qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*