Millimiz Çexiya ilə heç-heçə etdibackend

Millimiz Çexiya ilə heç-heçə etdi

Dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisi ilk ev oyununu keçirib.

KONKRET.az xəbər verir ki, XII qrupda yer alan yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Azərbaycan millisinin heyətində Kənan Manafov fərqlənib. Çexiya yığmasının üzvü Radim Zarubanın avtoqolu da komandamızın hesabına yazılıb. Rəqibin heyətində Mixal Seydler qol vurub, Azərbaycan millisinin üzvü Murad Quluzadə isə avtoqol müəllifi olub.

Qeyd edək ki, XII qrupda Çexiya millisi iki oyundan sonra 4 xalla liderdir. Bir matçda 1 xal toplayan Latviya ikinci, iki qarşılaşmadan sonra 1 xal qazanan Azərbaycan yığması isə üçüncü pillədə qərarlaşıb.

Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də keçirəcək. Yığmamız Bakı İdman Sarayında saat 20:00-da Latviya komandası ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*