Azərbaycanlı futbolçu dediyi sözlərə görə sorğu-sual edildibackend

Azərbaycanlı futbolçu dediyi sözlərə görə sorğu-sual edildi 

“Mənim danışığım Vəkil adında menecerlə maaşımın faizi barədə olub. Klub prezidenti ilə danışığım başqa məsələ barədə idi. “Aktobe” ilə ilk məşqimə çıxdım, ancaq ikinciyə çıxmadım və sual verdim ki, niyə belə oldu. Prezident də cavab verdi ki, çempionatın reqlamentinə görə, klub yalnız üç legionerə malik ola bilər. İkisi artıq müqavilə bağlayıb, üçüncüsü ilə bağlı məsələyə isə baş məşqçi qərar verəcək. Onda mən dedim ki, mənə bilet alın ki, evə qayıda bilim”.

KONKRET.az xəbər verir ki, bu sözləri azərbaycanlı futbolçu Fuad Bayramov deyib. F.Bayramovun Azərbaycan mətbuatında Vəkil adlı bir menecerin ona Qazaxıstanın “Aktobe” klubunda oynamaq təklif etdiyini, lakin maaşının 50 faizini klubun İdarə Heyətinin sədri Artur Smaqulova verməsini bildirməsi həmin ölkədə əks-səda yaradıb. O, müsahibəsində bildirib ki, məhz “Aktobe”yə də bu səbəbdən götürülməyib və artıq ikinci məşqə buraxılmayıb. Bundan sonra Qazaxıstan Futbol Federasiyasının baş katibi Əzəmət Aytxojin bu məsələnin araşdırılacağını, yerli Peşəkar Futbol Liqasına bu barədə müraciət olunacağı və toplanmış materialların Etika üzrə Komitəyə təqdim ediləcəyini bildirib. Lakin “Aktobe”nin mətbuat xidməti Fuad Bayramovdan videomüsahibə alıb. Müsahibədə Fuad azərbaycanlı jurnalistin səhv yazdığını, hətta irəli gedərək qəsdən bunu etdiyini bildirib (yeri gəlmişkən, həmin sayt Fuadın səs danışıqlarını yayıb – S.M.).

Qeyd edək ki, ötən mövsüm Gürcüstanın “Rustavi” klubunda oynamış Fuad Bayramov “İnter”dəki (indiki “Keşlə”) çıxışları ilə tanınır.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*