Azərbaycanlı güləşçi dünya çempionu oldubackend

Azərbaycanlı güləşçi dünya çempionu oldu

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Turan Bayramov (65 kq) finalda Yaponiya güləşçisinə 3:2 hesabı ilə qalib gələrək çempion olub.

KONKRET.AZ bildirir ki. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib.

Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb.

Daha bir idmançımız Davud İbrahimov (70 kq) bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*